• şənbə, 27 Aprel, 07:21
  • Baku Bakı 12°C

“I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”

10.06.15 21:09 955
“I Avropa Oyunlarının rəsmi twitter səhifəsini qoruyaq”
Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX. www.ifex.org ) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırıb.
APA-nın əldə etdiyi məlumata görə, təşkilat öz çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, I Avropa Oyunlarının başladığı tarixdə, saat 15:00-da qoşulsunlar. Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı neqativ informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında neqativ informasiyalar yayılmasında rol alsın.
APA Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.
Məlumat üçün bildirik ki, kampaniya I Avropa Oyunlarının rəsmi twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.
banner

Oxşar Xəbərlər