AZE | RUS | ENG |


Heydər Əliyev Aeroportu sərnişindaşımada rekord göstəricini hədəfləyib

Heydər Əliyev Aeroportu sərnişindaşımada rekord göstəricini hədəfləyib
Heydər Əliyev Beynəlxalq HavaLimanı 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 29% çoxdur.
 
Heydər Əliyev Beynəlxalq HavaLimanının mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ilin sonunadək yekun sərnişin dövriyyəsinin ötən ildəki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq.

Hesabat dövründə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) payına 1,61 milyon sərnişin düşüb ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 84,9%-izi beynəlxalq reyslərin payına düşüb. Bu ilin ilk 8 ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olub. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınıb.
 
Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, "Turkish Airlines", "flyDubai", "Aeroflot" və "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti daxil olub. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008