AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi sursat və pirotexnik vasitələrin reklamı qadağan olunur

Hərbi sursat və pirotexnik vasitələrin reklamı qadağan olunur

Təfsilat
12 Avqust 2013, 15:27 783
Azərbaycanda bütün növ hərbi təyinatlı sursatların reklamı qadağan olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə göstərilir ki, Azərbaycan Respublikası ərazisində hərbi təyinatlı bütün növ silahların və texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağandır.

İcazə verilmiş ov və idman silahlarının reklamı isə yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi, və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər.

Layihədə pirotexnik vasitələrin reklamı da qadağan edilir.

Qeyd edək ki, qanun layihəsi artıq Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Layihə Milli Məclisin payız sessiyasında plenar iclasda müzakirəyə çıxarılacaq.