• cümə, 26 Aprel, 23:12
  • Baku Bakı 22°C

Hava yağmursuz keçəcək, çiskin, duman olacaq

09.12.17 14:00 2725
Hava yağmursuz keçəcək, çiskin, duman olacaq
Dekabrın 10-da Bakı və Abşeron yarımadasındahavaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAPA-ya verilən məlumata görə, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-6, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Dekabrın 10-da Azərbaycanın rayonlarındahavaşəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər