• cümə axşamı, 02 may, 01:47
  • Baku Bakı 15°C

Gürcüstanın xarici borcu son dörd rübün ÜDM-dən 8% çoxdur

01.07.17 18:45 1168
Gürcüstanın xarici borcu son dörd rübün ÜDM-dən 8% çoxdur
2017-ci ilin I rübünün yekunlarına əsasən Gürcüstanın xarici borcu 15,7 mlrd. dollara çatıb ki, bu da son dörd rübün ÜDM-nin 108,2%-nə bərabərdir.
"APA-Economics" Gürcüstan Milli Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, cari ilin I rübündə Gürcüstanın xarici borcu 188,9 mln. dollar artıb.
Hesabat dövründə qonşu respublikanın xarici dövlət borcu isə 6,7 mlrd. dollar təşkil edib ki, bu da ÜDM-in 46,5%-nə bərabərdir.
Gürcüstanın bank sektorunun xarici öhdəlikləri 3,22 mlrd. dollara çatıb.
banner

Oxşar Xəbərlər