• şənbə, 11 May, 07:43
  • Baku Bakı 12°C

Gürcüstanın Çindən alacağı testlərlə ilk növbədə Marneuli sakinləri müayinə olunacaq

25.03.20 13:30 1427
Gürcüstanın Çindən alacağı testlərlə ilk növbədə Marneuli sakinləri müayinə olunacaq
Gürcüstan Çindən koronavirusu sürətlə aşkarlayan testlər əldə edəcək. Bu testlərdən ilk növbədə, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda istifadə olunacaq.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Nazirin sözlərinə görə, bu da, regionda və ölkədə epidemiya və virusun yayılma dinamikasına müəyyən səviyyədə nəzarət etməyə imkan verəcək.
Qeyd edək ki, martın 23-dən azərbaycanlıların daha çox yaşadıqları Kvemo Kartli regionunun Marneuli və Bolnisi rayonlarında ciddi karantin rejimi qüvvədədir.

banner

Oxşar Xəbərlər