• cümə, 26 Aprel, 05:40
  • Baku Bakı 16°C

Gürcüstanda qalmaqallı səsyazısı yayılıb, baş nazirin istefası tələb olunur

07.03.21 11:00 528
Gürcüstanda qalmaqallı səsyazısı yayılıb, baş nazirin istefası tələb olunur
Gürcüstanın "Pirveli” televiziya kanalı ötən gün hakim Gürcü Arzusu Partiyasının keçmiş sədri Bidzina İvanişvilinin oğluBera İvanişvilivə baş nazirİrakli Qaribaşvilinin təxmin edilən telefon danışığının səsyazısını yayıb.
"Report”un yerli bürosu xəbər verir ki, yazıda B.İvanişvili İ.Qaribaşvilidən feysbuk sosial şəbəkəsində mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir.
Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəriAnzor Çubinidzedə yer alıb.
Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideriGigi Uqulavabildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.
Hakim partiyanın parlamentdəki fraksiyasının sədriMamuka Mdinaradzesəsyazısını saxta adlandıraraq bildirib ki, yazı "KQBsayağı” montaj olunub.
Gürcüstan ombudsmanıNino Lomcariyaaudioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb.
banner

Oxşar Xəbərlər