Goranboyun pambıq sahələrində 1400 nəfər rayon sakini mövsümi işlə təmin olunub
Bu il Goranboy rayonunda 5 min hektar sahəyə pambıq çiyidi səpilib.
Goranboy Rayon İcra HakimiyyətindənAZƏRTAC-a bildirilib ki, bu günə qədər 4 min 223 hektar sahədə çıxış müşahidə olunub.
Həmçinin 1400 nəfər rayon sakini pambıq sahələrində mövsümi işlə təmin edilib.
Hazırda pambıq tarlalarında kultivasiya və alaq işləri həyata keçirilir.