"Gənc istedadlar" liseyində Bilik günü keçirilib
Bu
gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən
"Gənc istedadlar" liseyində Bilik günü keçirilib. BDU-nun rektoru,
akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı
uğurlardan danışıb. Rektor bu il liseydən məzun olan 46 nəfərdən 13-nün
600-dən artıq bal topladığını, onlardan 7 nəfərin qızıl, 1 nəfərin gümüş medal
aldığını, 9 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyünü bildirib. Qedy
edib ki, liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də
yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar.
Akademik
Abel Məhərrəmov bu il liseyin V sinfinə
qəbul olmuş şagirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə
ümidvar olduğunu bildirib.
Liseyin direktoru, professor Qasım Hüseynov da
şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 10 yaşlı
liseyin fəaliyyətindən bəhs edib.
Məzunlar adından
bu il yüksək bal toplayaraq BDU-nun Kimya fakültəsinə daxil olan Arzu
Fərzullayeva çıxış edərək, şagirdlərə uğurlar diləyib.