• şənbə, 27 Aprel, 02:49
  • Baku Bakı 14°C

"Fitch" agentliyi "Paşa Bank"ın kredit reytinqini təsdiq edib

01.09.17 13:15 920
"Fitch" agentliyi "Paşa Bank"ın kredit reytinqini təsdiq edib
"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın"Paşa Bank" ASC-nin kredit reytinqini "B+" səviyyəsində, reytinq üzrəproqnozu isə "sabit" olaraq təsdiq edib.
"Report" xəbər verir ki, bu barədə "Fitch"in rəsmi səhifəsində məlumat verilir.
Agentlik reytinqin təsdiq edilməsini son icmaldan sonra Bankın göstəricilərində önəmli dəyişiklik olmaması ilə izah edib. Bankın kredit reytinqinin "B+" səviyyəsinin onun daxili gücü və dayanıqlılıq reyinqinin "b+" səviyyəsi ilə izah edib. Bank sektorunda son zamanlar baş verən mənfi hadisələr "Paşa Bank"ın dayanıqlılıq reytinqinin artımını məhdudlaşdırır.
Bununla yanaşı, "Paşa Bank"ın reytinqi onun sistem əhəmiyyətli bank olmasını göstərir. Bankın möhkəm kapitallaşma səviyyəsi, aktivlərin keyfiyyətli idarəetmə sistemi və kifayət qədər likvidliyə sahib olduğu bildirilir.
"Fitch" qeyd edib ki, "sabit" proqnoza səbəb isə bəzi aktivlərin gələcəkdə keyfiyyətinin pisləşməsi ehtimallarına baxmayaraq, Bankın əldə etdiyi mənfəət və möhkəm kapitalı ilə bunu kompensasiya etmək iqtidarında olması ilə bağlıdır.
banner

Oxşar Xəbərlər