• şənbə, 27 Aprel, 07:25
  • Baku Bakı 12°C

FHN: Bakıda 352 binanın layihəsi itirilib

29.01.14 09:15 1143
FHN: Bakıda 352 binanın layihəsi itirilib
APA-nın məlumatına görə, bunu “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2013-cü ildə aparılmış monitorinqin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev deyib.
Monitorinq Bakının Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Sabunçu, Səbail və Yasamal rayonlarında 12 Mənzil Kommunal İstismar Sahəsində (MKİS) aparılıb. Aşkar olunan pozuntu halları ilə bağlı 173 akt tərtib edilib. Ən çox akt Nərimanov (70 akt ) və Nəsimi (52 akt) rayonlarının payına düşür.
Monitorinq zamanı 352 layihəsi itirilmiş bina aşkarlanıb. Belə hallara da ən çox Nərimanov (156 bina) və Nəsimi (144 bina) rayonlarında rast gəlinib.
banner

Oxşar Xəbərlər