• şənbə, 27 Aprel, 09:20
  • Baku Bakı 12°C

“Facebook”un 100 minə yaxın azərbaycanlı istifadəçisinin şəxsi məlumatları oğurlanıb

04.04.21 12:30 1314
“Facebook”un 100 minə yaxın azərbaycanlı istifadəçisinin şəxsi məlumatları oğurlanıb
"Facebook”un533 milyonistifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.
Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 "Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.
Şəxsi məlumatlar arasında istifadəçilərinbioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlarvar.
Bundan başqa, ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon, Türkiyədən 19 milyon, Hindistandan 6 milyon istifadəçinin məlumatları da oğurlanıb.
Məsələyə münasibət bildirən "Facebook” şirkəti məlumatların 2 il əvvəltəhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.
banner

Oxşar Xəbərlər