• cümə, 26 Aprel, 06:51
  • Baku Bakı 12°C

Evləri su basdı, körpülər dağıldı, rayona ciddi ziyan dəydi

03.07.13 11:24 1301
Evləri su basdı, körpülər dağıldı, rayona ciddi ziyan dəydi
APA-nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saat 18:00 radələrində Oğuz rayonuna yağan güclü leysan və güclü külək bir sıra ciddi fəsadlara səbəb olub.
Rayona yağan güclü leysan nəticəsində çaylar daşıb. Nəticədə Şəki istiqamətində magistral yolu, Bucaq, Calut kəndlərini və məcburi köçkünlərin yaşadığı Calut-1 adlanan qəsəbəni su basıb. Şəki-Oğuz magistral yolunun 117-120-ci kilometrliyində yolu 1 metrə qədər hündürlükdə su basdığına görə yol 1 saatdan çox bağlı qalib. Oğuz çayı üzərində 4 xırda körpü sıradan çıxıb, rayon ərazisindən keçən yüksək gərginlikli elektrik xətləri qırılıb, su kanalizasiya sistemi tamamilə iflic vəziyyətə düşüb.
Qəfil daşqın sakinləri ciddi təşvişə salıb. Calut sakinlərinin dediyinə görə əksər evləri su basıb, bir neçə evin içində isə suyun səviyyəsi 1 metrdən çox olub. Qəsəbə sakinlərindən əksəriyyətinin ev quşlarını, bir nəfərin 10 baş xırdabuynuzlu heyvanını, daha bir nəfərin isə evini sel aparıb. Kənd təsərrüfatına ciddi ziyan dəyib.
Rayon rəhbərliyi vəziyyəti nəzarətə götürüb, aidiyyəti qurumlar və lazım olan texnika fəsadların aradan qaldırılması istiqamətində işə cəlb olunub. Bu gün səhər saatlarında artıq fəsadlar aradan qaldırılıb, işıq, qaz, su xətləri bərpa olunub, yollar açılıb.
Gün ərzində dəymiş ziyan müəyyənləşdiriləcək.
banner

Oxşar Xəbərlər