AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanda uşaq evində 15 nəfər koronavirusa yoluxdu

Ermənistanda uşaq evində 15 nəfər koronavirusa yoluxdu

Təfsilat
25 May 2020, 18:26 293
Yerevanda Mari İzmirlyan adına əqli və fiziki qüsurlu azyaşlılar üçün nəzərdə tutulmuş uşaq evində koronavirusa yoluxma baş verib.
"Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, müəssisənin 6 əməkdaşı və 9 uşaq Covid-19-a yoluxub. Ermənistanın Sosial təminat və əmək nazirinin mətbuat katibi Sona Martirosyanın sözlərinə görə, uşaq evinin 46 əmkdaşı testdən keçib. Onlardan 15 nəfərdə analiz nəticəsi müsbət olub. Hazırda izolyasiya olunan həmin şəxslər özlərini yaxşı hiss edir və onlarda hər hansı simptom müşahidə olunmayıb.

Martirosyan uşaq evinin fevralın 27-dən karantində olduğunu bildirib.