• şənbə, 27 Aprel, 00:48
  • Baku Bakı 14°C

Ermənistanda koronavirus uşaqlar arasında da yayılır

27.06.20 15:15 467
Ermənistanda koronavirus uşaqlar arasında da yayılır
Ermənistanın "Mari İzmirlyan" uşaq evində 9 uşaq və 6 dayə koronavirusa yoluxublar.
"Report” xəbər verir ki, bu barədə "NEWS.am"a Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan bildirib.
"64 nəfər testdən keçirilib, onlardan 15-nin cavabları müsbət olub. Söhbət 9 uşaq və 6 dayədən gedir”, - deyə o bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, onların səhhəti normaldır. "Uşaqlar uşaq evində, dayələr öz evlərində müalicə olunurlar", - Martirosyan əlavə edib.
Xatırladaq ki,Ermənistan hakimiyyəti ölkədə koronavirusla bağlı vəziyyətə görə antiepidemiya tədbirlərini daha da sərtləşdirmək niyyətindədir. Bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.Paşinyanın sözlərinə görə, Ermənistan hər 1 milyon əhaliyə düşən COVID-19-a yoluxma hallarının sayına görə, dünyada liderdir.
Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə üçün martın 16-dan iyulun 13-ə qədər fövqəladə vəziyyət elan edilib. Son məlumatlara görə, ölkədə təhlükəli virusa23,2 minyoluxma aşkarlanıb,12,4 min pasiyentsağalıb,410 nəfərölüb.
banner

Oxşar Xəbərlər