• cümə, 26 Aprel, 06:20
  • Baku Bakı 12°C

Ermənistanda daha 2 min nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

11.11.20 12:15 396
Ermənistanda daha 2 min nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 110 687 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 000 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 636 nəfər koronavirusdan ölüb, 40 715 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
banner

Oxşar Xəbərlər