AZE | RUS | ENG |


Ərdoğan Suriya və İraqda Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışıb

Ərdoğan Suriya və İraqda Türkiyənin ABŞ-la mümkün əməkdaşlığından danışıb
Ankara və Vaşinqton  Suriya və İraqda birgə addımların variantlarını nəzərdən keçirirlər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla Ağ Evdə görüşü zamanı deyib.
 
"Biz Suriya və İraqda göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk”, - deyə Ərdoğan bildirib.   Türkiyə lideri qeyd etdiyi səylərin mahiyyətini açıqlamayıb.  
 
Qeyd edək ki, ABŞ bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin terrorçuların İraq ərazisindəki mövqelərinə zərbələr endirməsinə etiraz edib. Vaşinqton iddia edir ki, bu cür zərbələr rəsmi Bağdadla razılaşdırılmalıdır.
 
Rəsmi Ankara isə, öz növbəsində, ABŞ-ın Suriyadakı  PYD/YPG kürd terror qruplaşmalarına dəstək verməsinə dəfələrlə etirazını bildirib.   






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001