• çərşənbə axşamı, 19 mart, 06:34
  • Baku Bakı 8°C

Dünya liman rəhbərləri 2018-ci ildə Azərbaycanda toplaşacaqlar

15.05.17 13:15 1097
Dünya liman rəhbərləri 2018-ci ildə Azərbaycanda toplaşacaqlar
8-12 may 2017-cı il tarixlərində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) Bali şəhərində (İndoneziya) keçirilən illik konfransında iştirak edib.
QSC-dən "APA-Economics"ə verilən məlumata görə, 10 may tarixində tədbirin təntənəli açılış mərasimində İndoneziya Liman Korporasiyasının icraçı direktoru Elvyn G.Masassya, Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiago Garcia-Milàqonaqları salamlayıblar. Eyni zamanda tədbir çərçivəsində keçirilən beynəlxalq sərginin açılış mərasimi baş tutub. Tədbirə qatılan 1000-ə yaxın qonaq Bakı Limanının stendi ilə tanış olub və onunfəaliyyəti, qurulmaqda olan Ələt Azad Ticarət Zonası, Azərbaycanın "hub” konsepsiyası və s. barədə ətraflı məlumatlanıblar.
Həmin gün keçirilmiş sessiyada Bakı Limanının Baş direktoru Taleh Ziyadov "Azərbaycanın böyük "hub” vizionunun Avrasiyada bağlantıya təsiri” mövzusunda təqdimatla çıxış edib.
12 may tarixində IAPH-in illik ümumi toplantısında Baş direktor 2018-ci ildə konfransın Bakı şəhərində keçirilməsinə dəstək vermiş hər kəsə təşəkkür edib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın salamlama məktubunu iştirakçıların diqqətinə çatdırıb. Birinci Vitse-prezidentin müraciətində Azərbaycanın qeyri-neft sektorunun inkişafına, xüsusilə Yeni İpək Yolu çərçivəsindəki layihələrə diqqət yetirildiyi vurğulanıb.
"Bu mənada nəqliyyat və logistika sahəsində həyata keçirilən layihələr Azərbaycan, eləcə də region üçün xüsusi əhəmiyyət daşıyır. Müasir Bakı Limanının tikintisi və onun ətrafında yaradılan azad ticarət zonası ölkəmizi regionda nəqliyyat və logistikanın mərkəzinə çevirmək məqsədi daşıyır. İnanıram ki, aşırma gücü ildə 25 milyon ton yük və 1 milyon konteynerə çatacaq bu nəhəng layihənin gözəl gələcəyi olacaqdır,” deyəmüraciətdə qeyd olunub.
Daha sonra Azərbaycana və Bakı Limanına həsr olunmuş qısa film nümayiş olunub və 2018-ci ildə qonaqlar Bakıda keçirilən tədbirə dəvət edilərək Bakı Limanı və Azad Ticarət Zonası, ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəkləri bildirilib.
Konfrans çərçivəsində Bakı Limanının 2018-ci ildə dünya limanları toplantısına ev sahibliyi etməsi münasibəti ilə yerli və xarici mətbuat üçün xüsusi press konfrans keçirilib və eyni zamanda Bakı Limanı və İndoneziya Liman Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
2018-ci ilin 8-11 may tarixlərində "Gələcəyin Limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adı altında baş tutacaq bu konfransMDBməkanında ilk dəfə Azərbaycanda keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın beynəlxalq təşkilatların nümayəndələri, liman rəhbərləri, nəqliyyat və logistika sahəsində ixtisaslaşmış ekspertlərin ölkəmizə səfər etməsi gözlənilir.
Məlumat üçün bildiririk ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.
banner

Oxşar Xəbərlər