Dünya Azərbaycanlıları Assambleyasında yeni təyinat və nümayəndəliklər

DAA Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya
Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb. Təşkilata
Danimarakada yaşayan Nigar Mobarəki təyin olunub. DAA mətbuat xidmətindən
"Kaspi”yə verilən məlumatda bildirilir ki, DAA- nın Yaponiya nümayəndəliyinin
rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vite - prezident təyin
olunub.
Eyni zamanda, Macarıstanda yaşayan və orada
doktorluq dissertasiyası müdafiə edən
Raqif Hüseynov Macarıstan nümayəndəliyinin rəhbər seçilib. Digər bir qərarla o,
DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini təyin olunub. İsveçdə yaşayan və doktorluq dissertasiyası
müdafiə edən Aqil Vəliyev DAA İsveç nümayəndəliyinin, Adilə Yusif DAA Malta nümayəndəliyinin rəhbəri
təyin olunublar.
