• cümə, 26 Aprel, 22:10
  • Baku Bakı 22°C

Dondurulmuş aktivlərdən istifadəyə dair qərara dəyişikliklər edilib

07.09.17 09:50 1021
Dondurulmuş aktivlərdən istifadəyə dair qərara dəyişikliklər edilib
Nazirlər Kabineti "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nda dəyişikliklər edib.
"Report”un xəbərinə görə, bununla bağlı qərarı Baş nazirArtur Rasi-zadəimzalayıb.
Qərara görə, Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli qərarı ilə təsdiq edilmiş "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası”nın 4.1-ci bəndinə "şəxslər” sözündən sonra "və dövlət qurumları” sözləri, 4.2-ci bəndinə "şəxsə” sözündən sonra "və ya dövlət qurumuna” sözləri, 4.3-cü bəndinə isə "şəxs” sözündən sonra "və ya dövlət qurumu” sözləri əlavə edilib.
banner

Oxşar Xəbərlər