• şənbə, 27 Aprel, 00:43
  • Baku Bakı 14°C

Doku Umarov Rusiyanı hədələdi

03.07.13 12:33 1958
Doku Umarov Rusiyanı hədələdi
Çeçen silahlılarının lideri, özünü “Qafqazın imamı” elan etmiş Doku Umarov (Əbu Osman) Rusiya ərazisində hərbi əməliyyatlar keçirməyə qoyduğu moratoriumu ləğv edib və Soçi Olimpiadasının qarşısını almağa çağırıb. APA-nın “kavkazcenter.com” saytına istinadən verdiyi məlumata görə, D. Umarov deyib ki, onların hərbi əməliyyatları dayandırmaq qərarı Moskvada sülhməramlı təşəbbüs kimi yox, zəiflik kimi qəbul olunub: “Kafirlər və mürtədlər müsəlmanlara qarşı təqibləri gücləndiriblər və dinc sakinlərin qətlini artırıblar”.
D. Umarov bundan sonra Rusiyaya cavab zərbələri endiriləcəyini açıqlayıb. O, “mücahid”ləri Rusiyada öldürülmüş qafqazlıların sümükləri üzərində olimpiada keçirilməsinə yol verməməyə çağırıb.
banner

Oxşar Xəbərlər