• çərşənbə axşamı, 19 mart, 13:49
  • Baku Bakı 8°C

Daniel Kuinin "İsmayıl" romanının təqdimatı olub

17.04.17 14:05 1501
Daniel Kuinin "İsmayıl" romanının təqdimatı olub
Aprelin 16-da "Facebook"dakı ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in 14-cü nəşri olan Daniel Kuinin "İsmayıl" romanı təqdim edilib. Təqdimat mərasimi "Kitabevim.az" mağazalar şəbəkəsində baş tutub. Əsər İsmayıl adlı telepat qorillanın müəllim qismində bəşər tarixinə alternativ baxışı, yaşam tərzinin yeni paradiqmasının təqdimatı üzərində qurulub. Romanda insanın əzəldən gələn ən təbii qanunauyğunluğu tərk edərək, öz yaratdığı mifin əsirinə çevrilib dünyanı məhvə aparmasına müxtəlif məntiq səviyyələrində aydınlıq gətirilir. Telepat-qorilla bəşəriyyətin bu bəlasını "mədəni amneziya" adlandıraraq əvəzində əhəmiyyətli alternativi sübuta yetirərək öz reseptini təqdim edir. Xatırladaq ki, kitabın tərcüməçisi şair Səbuhi Şahmursoy, redaktoru isə yazıçı Cavid Qədirdir.
banner

Oxşar Xəbərlər