• şənbə, 27 Aprel, 07:54
  • Baku Bakı 12°C

Cəlil Cavanşirlə "Ədəbiyyatda inteqrasiya və tərcümə"

14.06.17 15:44 1175
Cəlil Cavanşirlə "Ədəbiyyatda inteqrasiya və tərcümə"
İyunun 18-i saat 14:00-dan 16:00-dək Odlar Yurdu Universitetində tanınmış şair Cəlil Cavanşirlə görüş keçiriləcək.
Görüş "Kitabsevərlər" hərəkatının nəzdində fəaliyyət göstərən "Oxucu klubu" layihəsində baş tutacaq. Şair "Ədəbiyyatda inteqrasiya və tərcümə" mövzusunda mühazirə oxuyacaq, daha sonra suallara cavab verəcək.
Layihənin rəhbəri gənc yazıçı Cavid Qədirdir.
Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 ("Gənclik" metrostansiyasının yaxınlığı.
Toplantı yeri "Gənclik" metrostansiyasının "Ganjlik Mall" çıxışıdır. 13:30-da məkana yola düşüləcək.
Gecikənlər, universiteti tapa bilməyənlər saat 14:00-dək 070-920-18-55 (Cavid Qədir) nömrəsilə əlaqə saxlaya bilərlər.
banner

Oxşar Xəbərlər