• cümə, 26 Aprel, 23:24
  • Baku Bakı 22°C

Böyük Britaniyanın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb

20.01.17 13:15 693
Böyük Britaniyanın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşüb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Krofts Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan məhəllədə yaradılan şəraitlə tanış olub.
Bu barədə "Report"aQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov britaniyalı diplomata məlumat veriblər. Onlar bildiriblər ki,bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran Dövlət Komitəsi sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə ölkənin müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 95 müasir tipli qəsəbə salınıb.
Sonra səfir məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və 280 yerlik uşaq bağçasında yaradılan hərtərəfli şəraitlə tanış olub, pedaqoji kollektivin üzvləri və şagirdlərlə söhbət edərək fikir mübadiləsi aparıb. Söhbət əsnasında bildirilib ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Elə bu məhəllənin özü, məhəllədə yaradılan şərait də bunları təsdiqləyir. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.
İstər qəsəbədə, istərsə də məktəbdə və bağçada yaradılan hərtərəfli şəraitdən məmnunluğunu ifadə edən səfir söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildirib.
Sonda səfirlik əməkdaşları məcburi köçkün şagirdlərə gətirdikləri məktəbli çantaları hədiyyə veriblər.
banner

Oxşar Xəbərlər