AZE | RUS | ENG |

Bu ilin doqquz ayında Türkiyənin ixracatı 10,6 faiz artıb

Bu ilin doqquz ayında Türkiyənin ixracatı 10,6 faiz artıb
Türkiyə bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 114 milyard 661 milyon ABŞ dolları məbləğində məhsul ixrac edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Türkiyənin İxracatçılar Məclisinin hesabatında əksini tapıb.

Cari ilin sentyabrında ölkədən 11 milyard 337 milyon dollarlıq məhsul ixrac olunub. Ümumilikdə 139 ölkəyə göndərilən mallar arasında avtomobil sənayesi, gəmiçilik və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edib. Hesabat dövründə ABŞ və Avropa İttifaqı ölkələri Türkiyədən idxal etdikləri məhsulların həcmi artırıblar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000