• cümə, 26 Aprel, 06:56
  • Baku Bakı 12°C

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 108 nəfər ölüb, 493 nəfər xəsarət alıb

22.11.17 13:30 1510
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 108 nəfər ölüb, 493 nəfər xəsarət alıb
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
Fövqəladə Hallar NazirliyindənAPA-ya verilən məlumata görə, 2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfərölüb, 71 nəfər xəsarət alıb.
9 ay ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrəoperativ olaraq 11433 çıxış edilib. Yanğın hadisələri zamanı 39 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.
2017-ci ilin 9 ayı ərzində respublika ərazisində 11611 təbii və texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində56nəfər ölüb, 257 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.
banner

Oxşar Xəbərlər