• cümə, 26 Aprel, 15:56
  • Baku Bakı 23°C

“Brent” neftinin qiyməti 34 ABŞ dollarından yuxarı qalxıb

07.04.20 09:21 549
“Brent” neftinin qiyməti 34 ABŞ dollarından yuxarı qalxıb
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
"Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 05:48-ə olan duruma görə, "Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti3,24%artaraq bir barel üçün34,12ABŞ dollarına çatıb.
WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə4,1%artaraq bir barelə görə27,15ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu. Daha sonra görüşün aprelin 9-da keçiriləcəyi bəyan edildi. Lakin, görüşəABŞ və Kanada dəvətedilməyib.
Bundan başqa,ABŞ prezidenti Donald Tramp lazım olacağı təqdirdə neft hasilatınınazaldılmasıilə bağlı qərar verəcəyini istisna etməyib.
banner

Oxşar Xəbərlər