• şənbə, 27 Aprel, 02:06
  • Baku Bakı 14°C

BP: Son üç ildə neftin qiymətindəki tendensiya 1985-1990-cı illəri xatırladır

25.10.17 15:45 2591
BP: Son üç ildə neftin qiymətindəki tendensiya 1985-1990-cı illəri xatırladır
"Hazırda dünya bazarında neft ehtiyatları tələbatdan çox yüksəkdir. Ehtiyatlar indiki tələb səviyyəsinə qədər azalmayacağı təqdirdə "qara qızıl"ın qiymətində ciddi artım gözlənilmir".
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan BP-nin Rusiya vəMDBölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov deyib.
Onun sözlərinə görə, 2016-cı ilin iyul ayından etibarən dünyada neft ehtiyatlarının azalması tendensiyası müşahidə edilib: "Ehtiyatların azalmasına Neft İxrac Edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin hasilatı azaltması barədə qəbul etdiyi qərarlar səbəb olub. Saxlama anbarlarında olan neft ehtiyatları azalsa da hələlik tələb səviyyəsinə qədər aşağı düşməyib. Bununla belə, bazarda balans yaxşılaşmaqdadır. 2014-2017-ci illərdə qiymət tendensiyası 1985-1990-cı illərdə müşahidə olunan qiymət dəyişikliklərini xatırladır".
V. Drebentsov bildirib ki, qarşıdakı 2 ildə neftə tələbatın artacağını gözlənilir. "2018 və 2019-cu illərdə neftə tələbat ötən ildəkindən çox olacaq".
Baş iqtisadçı hesab edir ki, OPEC+ ölkələri tərəfindən neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılması ehtimalı yüksəkdir.
Qeyd edək ki, V. Derbentsovun ölkəmizə səfəri BP-nin "2035-ci ilədək enerji bazarına baxış" adlı hesabatın hazırlanması məqsədi daşıyır.
banner

Oxşar Xəbərlər