• cümə, 26 Aprel, 04:52
  • Baku Bakı 16°C

BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib

01.10.16 11:56 1087
BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçib
BMTTəhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək.

Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq.

Oktyabr ayı ərzindəBMTTŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi dövründəBMTTŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət -Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.

Rusiyanın sədrliyinin ən əhəmiyyətli məsələlərindən biri isəBMT-nin baş katibliyinə namizədlərlə bağlı səsvermənin keçirilməsidir. Belə ki, oktyabrın 5-də TŞ-dəBMTbaş katibi postuna namizədlərlə bağlı yeni formatda səsvermə keçiriləcək. Bu il iyulun 21-dən TŞ üzvləri artıq səsvermənin 5 raundunu keçiriblər. Bütün səsvermələrdə Portuqaliyanın keçmiş baş naziri Antonio Qutiyeres lider olub. Oktyabrın 5-də isə TŞ-nin daimi və qeyri-daimi üzvlərinin səsvermə bülletenləri rənginə görə fərqlənəcək. Məqsəd namizədin TŞ-nin beş daimi üzvü - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa (bu ölkələrin veto hüququ var) tərəfindən dəstəkləməsini müəyyənləşdirməkdir.

Baş katib postuna namizəd 5 daimi üzvün hamısı və 10 qeyri-daimi üzvdən ən azı 4-ü olmaqla 9 səs qazanmalıdır.

BMTbaş katibi postu uğrunda 10 nəfər mübarizə aparır. Onların arasında Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç səsvermələrdə ikinci, Slovakiyanın sabiq XİN başçısı Miroslav Layçak isə üçüncüdür. Baş katib postu uğrunda yarışanlar arasındaUNESCO-nin baş direktoru İrina Bokova da var.

Qeyd edək ki,BMTTŞ-də 15 dövlət təmsil olunur. Onlardan beşi daimi, 10-u isə 2 il müddətinə seçilmiş qeyri-daimi üzvdür. Hazırda qeyri-daimi üzv ölkələr Anqola, Venesuela, Misir, İspaniya, Malayziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay və Yaponiyadır.

Azərbaycan da 2012-2013-cü illərdəBMTTŞ-nin qeyri-daimi üzvü olub.

BMTTŞ-yə sədrlik 15 üzv arasından əlifba sırası ilə müəyyənləşir. Sədrlik 1 ay çəkir.
banner

Oxşar Xəbərlər