• cümə, 26 Aprel, 21:24
  • Baku Bakı 22°C

BMT rəsmisi: “Bakı Şopinq Festivalından bütün tərəflər qalib çıxacaq”

24.10.17 18:22 2814
BMT rəsmisi: “Bakı Şopinq Festivalından bütün tərəflər qalib çıxacaq”
"Bakıda Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır”. Bunu bakushopfest.com saytına açıqlamasındaBMT-nin Ticarət və İnkişaf Şurasının (UNCTAD) investisiya siyasəti üzrə direktoru cənab Weber Joerg deyib.

Cənab W. Joerg əmindir ki, Bakı Şopinq Festivalı Azərbaycana hər baxımdan xeyir gətirəcək: "Biz "Bakı”, "şopinq” və "festival” sözlərini yanaşı qoysaq, bu festivalın sonunda bu üç tərəfin qalib gəldiyini görəcəyik. Bakı çox gözəl şəhərdir. Burada şopinq etmək üçün yaxşı imkan var. Şopinq festival çərçivəsində mal və xidmətlərin satılması böyük fürsətdir”, - deyə W. Joerg qeyd edib.

Onun fikrincə, Bakıda şopinq festivalının keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir: "Çünki həm festival müddətində, həm də festivaldan sonra Bakıya gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bakı həm öz mədəni irsini turistlərə tanıda, həm də regionda necə böyük bir potensiala sahib olduğunu göstərə bilər. Ümumilikdə, Bakıda bu cür festivalın keçirilməsini çox yüksək qiymətləndirirəm”.
banner

Oxşar Xəbərlər