• çərşənbə axşamı, 19 mart, 06:31
  • Baku Bakı 8°C

Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!

24.11.17 18:45 2791
Bölgələrdə 4G-yə qoşul və Azercell-dən Hədiyyə İnternet qazan!
Az öncə ölkənin lider mobil operatoru Azercell Telekom Bakı, Abşeron yarımadası və Gəncədən əlavə, Bərdə, Şəmkir və Lənkəran şəhərlərində 4G şəbəkəsini istifadəyə verməsini elan etdi. İndi isə şirkət həmin bölgələrdə yaşayan abunəçilərinə ən sürətli 4G internetdən yararlanmaq üçün kampaniyaya start verir. Kampaniya çərçivəsində abunəçilər 4G xidmətinə qoşulmaqla 4G sürətini sınamaq üçün 5GB internet hədiyyə qazanacaqlar. 4G xidmətindən istifadə edib yüksək sürətli internetdən faydalanmaq üçün sadəcə müştərinin 4G dəstəkli telefonu, 4G xidmətini dəstəkləyən SİM Kartı olmalı və telefonun seçənəklər bölümündə 4G[LTE] şəbəkəsi seçilməlidir. Sim kartınızda 4G xidmətinin aktiv olmasını yoxlamaq üçün 4G+ yazib 2525 göndərmək kifayətdir.
Kampaniya çərçivəsində 5GB hədiyyə interneti əldə etmək üçün abunəçilərə "4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir. Əgər nömrədə 4G xidməti aktiv deyilsə, abunəçilər Gəncə, Şəmkir, Bərdə və Lənkəranda yerləşən Azercell Müştəri Xidmətləri ofislərinə yaxınlaşaraq 4G şəbəkəsini dəstəkləyən Sim kartları PULSUZ olaraq əldə edəcəklər. Tələsin, kampaniyanın müddəti məhduddur.
Qeyd edək ki, hazırda Azercell ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.
Azercell Telekom davamlı olaraq Azərbaycanın bütün bölgələri boyu 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
banner

Oxşar Xəbərlər