• şənbə, 27 Aprel, 00:52
  • Baku Bakı 14°C

Binəqədi rayonundakı 28 May qəsəbəsi sakinləri üçün “Açıq qapı” günü keçirilib

16.09.17 17:30 987
Binəqədi rayonundakı 28 May qəsəbəsi sakinləri üçün “Açıq qapı” günü keçirilib
Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında "Açıq qapı” vətəndaş forumu çərçivəsində sakinlərin növbəti səyyar qəbulu keçirilib.
Rayon icra hakimiyyətindənAZƏRTAC-a verilən məlumata görə, qəbulda sakinlər çıxış edərək qəsəbənin su-kanalizasiya problemlərinin aradan qaldırılması istiqamətində imzalanan Sərəncama, yeni məktəb binasının tikintisinə və ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinlərin qaldırdığı məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.
banner

Oxşar Xəbərlər