• çərşənbə axşamı, 19 mart, 10:46
  • Baku Bakı 8°C

Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars layihəsi bölgənin taleyini dəyişəcək"

23.05.17 14:50 1001
Binəli Yıldırım: "Bakı-Tbilisi-Qars layihəsi bölgənin taleyini dəyişəcək"
"Bakı-Tbilisi-Qarsdəmir yolunun inşası sona yaxınlaşır”.
APA-nın məlumatına görə, bu sözləri Gürcüstanda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım həmkarı Georgi Kvirikaşvili ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, layihənin nəticələnməsini görməkdən çox məmnun olduğunu bildirib: "Qafqazdan Orta Asiyaya və Uzaq Şərqə, digər tərəfdən isə Anadolu vasitəsilə Avropa və Londona uzanacaq bu ortaq dəhliz tarixi İpək Yolunun vacib hissələrindən biri olacaq. Strateji anlamda bölgə üçün çox önəmli layihədir. Yaxın bir neçə ay ərzində açılışı birlikdə həyata keçirəcəyik. Layihə 3 ölkə arasında əlaqələri çox daha irəliyə daşıyacaq. Layihənin əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı Türkmənistan, Qazaxıstan, Çin və digər tərəfdən Avropa və Balkan ölkələri də layihəyə qoşulacaq. Bu, bölgənin taleyini dəyişəcək”.
G. Kvirikaşvili qeyd edib ki, BTQ son dərəcə vacib və strateji əhəmiyyətə malik bir layihədir: "Bu layihənin əhəmiyyəti regional çərçivədən kənara çıxır. Bir neçə gün əvvəl Pekində bu mövzuda tədbir keçirildi. Türkiyə prezidenti bu layihənin İpək Yolunun vacib bir elementi olduğunu dedi. Dəmir yolunun həyata keçirilməsi istiqamətində Türkiyə və Azərbaycanla sıx əməkdaşlığı davam etdiririk. Öz tərəfimizdən bu layihənin reallaşması üçün əlimizdən gələni edirik. Test səfərləri yay aylarında olacaq. Payızda dəmir yolu işə düşəcək”.
banner

Oxşar Xəbərlər