BDU-da müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılışı olub
Bakı
Dövlət UniversitetininŞərqşünaslıq
fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı
təmir və müasir texniki avadanlıqlarla təmin edilmiş auditoriyaların açılış mərasimi keçirilib. Tədbiri giriş sözü
ilə açan rektor, akademik Abel Məhərrəmov ölkələrimiz arasında bütün sahələrdə
uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib, 1998-ci ildə ümummilli
lider Heydər Əliyevin və 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya
səfərlərini xüsusi vurğulayıb. Bu münasibətlərin elm-təhsil müstəvisində də sürətlə
inkişaf etdiyini söyləyən akademik Abel Məhərrəmov bu ilin sentyabrında Azərbaycanın
Yaponiya ilə diplomatik münasibətlərinin 25 ilinin tamam olduğunu qeyd edib. O,
müəllim-tələbə heyətinin ixtiyarına veriləcək bu auditoriyaları həm də həmin
yubileylə əlaqələndirib. Rektor Abel Məhərrəmov Yapon
dilinin Azərbaycanda ilk dəfə 2000-ci ildən BDU-da yüksək səviyyədə tədris
olunduğunu bildirib, yeni tədris ilində dörd auditoriyanın istifadəyə verilməsini
də Yaponiya dövləti tərəfindən universitetə göstərilən diqqət kimi dəyərələndirib.
Yaponiyanın
ölkəmizdəki səfiri Teruyuki Katori Avropa ilə Asiyanı birləşdirən Azərbaycanın
Yaponiya üçün əhəmiyyətli ölkə olduğunu,münasibətlərimizin
ötən illərdə davamlı şəkildə inkişaf etdiyini bildirib.BDU-nun bir çox məzunlarının
səfirlikdə çalışdıqlarını və onların yalnız savadları ilə deyil, həm də yüksək
mədəniyyətləri, qabiliyyətləri ilə fərqləndiklərini qeyd edib. Səfir nüasir
avadanlıqlarla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini Yapon
dilinin tədrisində səmərəli olacağını və tələbələrdə stimul yaradacağını da
qeyd edib.
Çıxışlarda
əsaslı təmir və müasir texniki avadanlıqlarla təchiz edilmiş, ümumilikdə 131
min manat vəsait hesabına başa gəlmiş auditoriyaların Yapon dilinin tədrisi
istiqamətində faydalı olacağına əminlik ifadə edilib.
Onu da qeyd edək ki, bu tədris ilində
BDU-nun Səməd Vurğun adına Poeziya otağı, Fiziki və kolloid kimya
laboratoriyası, Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyası, Ümumi
və qeyri-üzvi kimyanın tədrisi laboratoriyası,
magistr və doktorantlar üçün elmi-tədqiqat laboratoriyaları təmir
olunaraq yeni avadanlıqlarla təchiz edilib. Bundan əlavə, əsas bina və 1
saylı binanın yeməkxanalarında, bir çox auditoriya və mərkəzlərdə də təmir işləri
aparılıb.