Bank VTB (Azərbaycan) veteranları təbrik edib
Bank VTB (Azərbaycan) İkinci Dünya müharibəsində qazanılan qələbənin
72-ci ildönümü münasibəti ilə veteranları təbrik edib. Bank nümayəndələri
Qələbə günü münasibəti ilə Rusiyanın Azərbaycandakı səfirliyinin veteranlar
üçün təşkil etdiyi naharda iştirak edib.
Hər il keçirilən ənənəvi görüşdə bank VTB (Azərbaycan)-ın
nümayəndələri müharibə iştirakçılarını təbrik edib, onlara can sağlığı
arzulayıb, onlara gül buketləri və hədiyyələr təqdim edib. Bu il əksəriyyətinin
96-97 yaşı olacaq veteranlar, onlar üçün bu gün ən dəyərli hədiyyə cəmiyyətin
diqqəti və belə görüşlərin onlar üçün vacib olduğunu bildiriblər.
"Veteranlara qayğı göstərərək biz onlara qəhrəmanlıqlarına görə
təşəkkürümüzü bildiririk. İkinci dünya müharibəsində faşizm üzərində qələbədə
Azərbaycan xalqının böyük rolu var. Azərbaycanlılar döyüşlərdə və arxa cəbhədə
cəsarətlə döyüşüb. Məhz Azərbaycan cəbhənin böyük qismini neftlə təmin edib.
Bizim bank xalqımızın fədakarlığını yüksək qiymətləndirir və veteranlarla qürur
duyur. Onlar gələcək nəsillər üçün parlaq nümunə olacaqlar” – deyə, bankın
reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Ülfət Əhmədova qeyd
edib.
Korporativ sosial məsuliyyət bank VTB (Azərbaycan)-ın fəaliyyətinin
mühüm hissəsidir. Bank daim sosial layihələr reallaşdırır və ölkənin ictimai
həyatına öz töhfəsini verir.