• cümə, 26 Aprel, 22:36
  • Baku Bakı 22°C

Bakıda QDİƏT ölkələri elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib

03.12.14 16:15 1287
Bakıda QDİƏT ölkələri elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunda (Organization of the Black Sea Economic Cooperation - BSEC, Working Group on Cooperation in Science and Technology) 2014-cü il 1 iyul tarixindən etibarən iki il müddətində Ölkə əlaqələndiricisi kimi fəaliyyət göstərəcək. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki, 12 dövlətin üzv olduğu QDİƏT-in Ali Orqanı Xarici İşlər Nazirləri Şurasıdır və üzv ölkələrin koordinasiyası işini təşkilatın İstanbul şəhərində yerləşən Daimi Beynəlxalq Katibliyi təşkil edir. QDİƏT-in fəaliyyəti isə əsasən İşçi Qruplar vasitəsi ilə həyata keçirilir. QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyətini Ölkə əlaqələndiricisi olan Azərbaycan adından 2 illik fəaliyyət dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əlaqələndirəcək.
Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə 2014-cü il dekabrın 3-də “Kempinski Hotel Badamdar”da QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib. Yüksək səviyyəli iclasda qarşıdan gələn dövr üçün elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik Fəaliyyət Planı, Bəyannamə və digər müvafiq sənədlər müzakirə edilib və qəbul olunub. Adıçəkilən sənədlər QDİƏT-in Elm və Texnologiya sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Bakıda 2014-cü il 1-2 dekabr tarixlərində keçirilmiş iclasında ekspertlər tərəfindən hazırlanıb. Bu iclasda Azərbaycan adından Elmin İnkişafı Fondunun təqdim etdiyi 2 illik fəaliyyət planı da müzakirə edilərək qəbul olunub.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun sədrlik etdiyi iclasın işində QDİƏT-ə üzv olan Azərbaycan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstandan yüksək səviyyəli nümayəndə heyətləri iştirak edib. Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Isiq Fikri, Bolqarıstanın Təhsil və Elm naziri Todor Tanev, Rusiyanın Təhsil və Elm nazirinin müavini Venyamin Kaqanov, Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Rəşid İsmayılov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin Baş Katibi səfir Viktor Tvircun və Katibliyin icraçı direktoru səfir Bratislav Dordevic, Yunanıstanın Azərbaycandakı səfiri Dimitros Tsoungas, QDİƏT-ə sədrlik edən ölkə olan Yunanıstanın koordinatoru səfir Michael Christides, Moldova Elmlər Akademiyasının vitse-prezidenti İon Guceac, Rumıniyanın Azərbaycandakı səfiri Daniel-Cristian Ciobanu, Serbiyanın Azərbaycandakı səfiri Nebojsa Rodic, Azərbaycanın QDİƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məslisin deputatı Asəf Hacıyev, QDİƏT Parlament Assembleyasının İqtisadiyyat, Kommersiya, Texnologiya və Ətraf Mühit üzrə Komitəsinin katiibi Yadigar Məmmədov, QDİƏT-də müşahidəçi statusuna malik Almaniyanın Azərbaycandakı səfirliyinin (missiyasının) müavini Wolfgang Mossinger, Azərbaycanın Türkiyədəki Baş Konsulu Həsən Zeynalov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev və Akademik-katibi Rasim Əliquliyev, bir sıra ali təhsil müəssisələrinin rektorları, dövlət və hökumət qurumlarının nümayəndələri iştirak və çıxış ediblər.
Fəaliyyət planında bilateral əməkdaşlığın gücləndirilməsi, innovasiyalar, tədqiqat infrastrukturu, kadr potensialına, xüsusilə də gənc tədqiqatçılara olan diqqətin artırılması, yay məktəblərinin təşkili, informasiya mübadiləsi, tədqiqat və inkişaf üzrə şəbəkələrin fəaliyyətinin canlandırılması, beynəlxalq çərçivə proqramlarında fəal iştirak, layihələr fondunun reabilitasiyası və digər mühüm məsələlər öz əksini tapıb.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər