Bakıda növbəti Startup Weekend tədbiri həyata keçiriləcək
Bakıda növbəti Startup Weekendtədbiri həyata keçiriləcək. Tədbir Noyabr ayının
19-21 tarixləri arasında keçiriləcək. Tədbir çərçivəsində innovativ
texniologiyalara əsaslanaraq sahibkarlar, startap entuziastları, marketerler,
dizaynerlər və proqramçılar "komanda”larda bir araya gələrək startaplar quracaq
və münsiflər heyəti qarşısında təqdimat edəcəkdir.
Tədbirin məqsədi bu yarışmada iştirak edən hər
bir komandanın üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim
etməkdir. Prosesin effektivliyini təmin etmək üçün iştirakçılar "mentor”
statuslu peşəkarlar tərəfindən konsultasiya ala biləcəklər.
Baku Startup Weekend tədbiri müstəqil mütəxəsislər
tərəfindən və Startup Weekend qlobal forumu tərəfindən təşkil edilib.
Startup Weekend
Formatı.
Təqdimat — Səsvermə — Komanda formalaşdırmaq —
Fikir mübadiləsi — Minimal ishləyən məhsul
Təqdimatlar tədbirdə komandanızı tapmaq və
formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. 60 saniyə ərzində özünü təqdim
etməli, həll etdiyiniz məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləriniz
haqqında məlumat verməlisiniz.
Vaxtınız bitdikdən sonra siz yerinizə dönməlisiniz
və digər iştirakçıların təqdimatlarını izləməlisiniz.
Unutmayın ki, hər şeydən əvvəl iştirakçılar
vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlara qulaq
asdıqda sizi maraqlandıran insanlar və fikirlər haqda qeydlər edin.
Təqdimatlar bitdikdən sonra, iştirakçılarla
ünsiyyət qurmaq ücün 45 dəqiqə verilir. Diqqətinizi çəkən insanlar və ideyalar
haqda daha çox öyrənib, komanda qurmaq üçün sizə uyğun olan, komandanızı
tamamlayacaq iştirakçıları tapmağa çalışın.
Yaxşı komanda — məhsulu işləyib hazırlaya bilən,
istehlakçıları nəzərə alan, hərtərəfli təqdimat hazırlayan, məhsulun və
biznesin işlək olduğunu təsdiq edə bilən, enerjili və bir-biri ilə uyğunlaşan
insanlardan ibarət olmalıdır.
Tədbir barədə məlumat: http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/11871
İştirak etmək üçün
qeydiyyat: https://www.eventbrite.com/e/startup-weekend-baku-2017-fintech-tickets-38734123807
Startup Weekend 2007-ci ildən başlayaraq 150-dən
çox ölkədə keçirilmiş və bu foruma ümumi olaraq 200.000-dən artıq sahibkar cəlb
edilmişdir. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 2000-dən artıq
şirkət yaranmış və müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.
Aşağıda əvvəlki tədbirlərdən olan fotoları görə
bilərsiniz.