• cümə axşamı, 02 may, 02:00
  • Baku Bakı 15°C

Bakıda növbəti bal yarmarkası keçiriləcək

26.08.13 13:50 1915
Bakıda növbəti bal yarmarkası keçiriləcək
Sentyabrın 5-dən oktyabrın 5-dək Bakı şəhəri Dənizkənarı Bulvarın yaxınlığında yerləşən Dəniz Vağzalının salonunda arıçılıq məhsullarının XIV respublika sərgi-satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin «APA-Economics»ə verdiyi məlumata görə, satışa çıxarılan bal məhsulları Respublika Baytarlıq Laboratoriyasında dəyəri ödənilmədən analizdən keçirilərək, onlara sertifikat veriləcək.
«Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında balın 1 kiloqramı 15 manata satılacaq. Yarmarkanın hər bir iştirakçısı Dəniz Vağzalının mühasibatlığına 167 manat məbləğində yer haqqı ödəməlidir. Bu şərtlərlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq. Bütün məsələlər barədə Nazirliyin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsindən 498-94-47, 498-64-91 və 498-16-38 telefon nömrələri ilə məlumat almaq olar», - deyə Nazirlikdən bildirilib.
Qeyd edək ki, sərgi-satış yarmarkasının iştirakçılarının qeydiyyatı sentyabrın 4-də saat 09:00-dan 20:00-dək, sentyabrın 5-də isə saat 08:00-dan 11:00-dək yarmarkanın keçirildiyi yerdə aparılacaq.
Yarmarkada arıçılara minimum bilgilər veriləcək, burada təcrübə mübadiləsi aparılacaq, elmi-praktiki konfrans keçiriləcək.
Arıçılıq məhsulları alan vətəndaşlar məhsul satıcılarının telefon nömrələrini öyrənməlidirlər. Əgər keyfiyyətsiz bal məhsulu aşkar edilərsə, onun satıcıya, ödənişin isə alıcıya qaytarılması təmin olunacaq.
banner

Oxşar Xəbərlər