• çərşənbə axşamı, 19 mart, 12:37
  • Baku Bakı 8°C

Bakıda “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək

26.09.17 14:25 2048
Bakıda “Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək
27 sentyabr-Ümumdünya Turizm Günü münasibətilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qız qalası meydanında "Beynəlxalq Turizm Günü” adlı festival keçiriləcək.
Nazirlər Kabinetiyanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindənAPA-ya verilən məlumata görə, festivalda İndoneziya, Türkiyə, Hindistan, Özbəkistan, Meksika, İran, Macarıstan, Koreya, Yunanıstan, Polşa və digər ölkələrin səfirlikləri iştirak edəcək.
Festivalın keçirilməsində əsas məqsəd mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdən ibarətdir. Belə ki, tədbir iştirakçı ölkələrin milli adət-ənənələri, zəngin mədəniyyəti, tarixi, həmin ölkələr və onların Azərbaycandakı fəaliyyətləri ilə şəhərimizin sakinlərini yaxından tanış etməklə yanaşı, İçərişəhərin turizm potensialını, o cümlədən Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasını təmin etmək məqsədi daşıyır.
Festivalda iştirak edən ölkələr öz stendlərində ölkələri və Azərbaycandakı fəaliyyətləri barədə təqdimat edəcəklər. Şəhər sakinləri və xarici qonaqlar həmin çadırlara yaxınlaşaraq müxtəlif ölkələrin mədəniyyətləri, tarixləri, mətbəxləri və milli xüsusiyyətləri barədə əyləncəli və maraqlı məlumatlar ala biləcəklər. Həmçinin həmin ölkədə təhsil imkanlarının əks olunduğu kitablar, bukletlər, broşürlər və ölkəyə məxsus suvenirlər təqdim ediləcək.
Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatının Baş Qərargahı tərəfindən 1979-cu ildə təsis edilən Ümumdünya Turizm Günü artıq dünyanın 150-dən çox ölkəsində qeyd olunur.
banner

Oxşar Xəbərlər