• cümə, 26 Aprel, 16:53
  • Baku Bakı 23°C

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilir

19.06.17 12:50 1046
Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilir
Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüş keçirilir.
"APA-Economics”in məlumatına görə, görüşdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, "Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, "Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.
Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, bu layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər