• cümə, 26 Aprel, 18:33
  • Baku Bakı 22°C

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

15.09.17 20:25 1310
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin professor-müəllim heyəti, tanınmış media nümayəndələri və fakültənin I kurs tələbələri 15 sentyabr - Bilik günü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.

Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev bildirib ki, BDU-nun jurnalistika fakültəsi gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, Azərbaycanda ictimai-siyasi mühitin formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də ölkəmizin dünyada tanıdılması işində əhəmiyyətli rol oynayıb.

Tədbirdə "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxış edərək tələbələrə təhsil və yaradıcılıq sahəsində müvəffəqiyyət arzu ediblər.








banner

Oxşar Xəbərlər