• cümə, 26 Aprel, 21:05
  • Baku Bakı 22°C

AzTU-da İctimai Şura yaradılıb

09.07.16 21:36 1437
AzTU-da İctimai Şura yaradılıb
"Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il 1993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) tanınmış ictimai şəxslər və nüfuzlu KİV nümayəndələrindən təşkil olunan İctimai Şura yaradılıb. Şura AzTU-da ictimai iştirakçılığın gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, Universitet ilə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaradılması və təkliflərin verilməsi məqsədi ilə yaradılıb.
İctimai Şuranı formalaşdırmaq üçün təklif edilən şəxslərin adlarını rektor, professor Havar Məmmədov Universitetin Elmi Şurasının üzvlərinə təqdim edib.
Şura üzvlərinin təklifləri də nəzərə alınmaqla səsvermə nəticəsində ölkənin tanınmış ictimai şəxslərdən formalaşan Azərbaycan Texniki Universitetinin İctimai Şurası yaradılıb.
11 nəfərdən ibarət Şuranın üzvləriprofessor, ictimai-siyasi xadimŞahlarƏsgərov,Azərbaycan Respublikasının Təhsil Şurasının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professorƏjdərAğayev,AzTU-nun Maşınqayırma texnologiyası kafedrasının müdiri, professorVaqifMövlazadə,Əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İTV-nin əməkdaşıFloraXəlilzadə, Azərbaycan Fulturoloqlar Cəmiyyətinin sədriReyhan Hüseynova, Mərkəzi Seçki Komisiyasının üzvüŞahiddinƏliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkiliNovruzəliAslanov, "Konstitusiya” Araşdırmalar Fondunun prezidentiƏliməmmədNuriyev, yazıçı-jurnalist, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüRəşad Məcid, Azərbaycan İnternet Formunun prezidenti, "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoruOsmanGündüz və"XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil ekspertiEtibarƏliyevdən ibarətdir.
Elmi Şuranın iclasında AzTU İctimai Şurasının fəaliyyətini tənzimləyən əsasnamədə təsdiq olunub. Əsasnamədə göstərilib ki, 4 ildən bir formalaşan Şuranın sədri, sədr müavini və katibi üzvlərin tam tərkiblə iclasında səsvermə yolu ilə müəyyən olunacaq.
banner

Oxşar Xəbərlər