• cümə, 26 Aprel, 05:08
  • Baku Bakı 16°C

AzTU-da “Bilik Günü” keçirilib - Fotolar

15.09.17 10:35 2123
AzTU-da “Bilik Günü” keçirilib - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) "Bilik Günü” münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Universitetdəki büstü önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. AzTU-nun rektor əvəzi Xalıq Yahudov tələbələri, onların valideynlərini, müəllim və tədbir iştirakçılarını "Bilik Günü” münasibətilə təbrik edib. Xalıq Yahudov deyib ki, Azərbaycan Texniki Universiteti gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanması prosesində müstəsna rol oynayıb və bu gün də bu rolunu davam etdirməkdədir. Rektor əvəzi qeyd edib ki, texniki istiqamətli universitetlər bütün dünyada təhsilin əsas lokomotivi hesab olunur. Bu baxımdan da vurğulamaq yerinə düşərdi ki, AzTU-da XIX əsrin sonlarından başlanan təhsil prosesi Azərbaycana minlərlə yüksəkixtisaslı mühəndis kadrlar bəxş edib: "XIX əsrin sonlarında Azərbaycanda Ali Texniki Məktəb fəaliyyətə başlayıb. 1920-ci ildə bu məktəbin bazasında neft sənayesi, memarlıq-inşaat və elektromexanika şöbələri olan Bakı Politexnik İnstitutu yaradılır. Lakin sonralar, o dövrdə neft istehsalına olan maraqdan irəli gələrək İnstitutun əksər ixtisaslarını neft sənayesi ilə bağlı ixtisaslar təşkil edir. 1950-ci ildə isə Universitetimiz üçün yeni mərhələ başlayır. SSRİ-nin tərkibində böyük sənaye ölkəsi olan Azərbaycanda Texniki sahənin inkişaf etdirilməsi hava-su kimi lazımlı idi. Buna görə də Bakı Politexnik İnstitutu ikinci dəfə yaradılır”.

Xalıq Yahudov bildirib ki, bir neçə universitetin, institutun, kollec və texniki peşə məktəblərinin formalaşması üçün baza rolunu oynayan Azərbaycan Texniki Universiteti yarandığı gündən Azərbaycanda texniki sahənin inkişafı ilə yanaşı ictimai-siyasi mühitün formalaşmasında, vətənpərvərliyin təbliğində, eləcə də Azərbaycanın dünyada təbliği işində müstəsna rol oynayıb.

Rektor əvəzi qeyd edib ki, bu il Azərbaycanda tələbə adını qazanan hər 20 abituriyentdən biri-1821 nəfər AzTU-nu seçib. Bu tələbələrin isə 20%-i 500-dən yuxarı bal toplayıb.







banner

Oxşar Xəbərlər