Azəri Kalqari Ulduzları Disneylənddə - Fotolar
Azəri Kalqari Ulduzları (Azeri Calgary Stars) Kanadanın Kalqari şəhərində
fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdində azərbaycanlı
uşaqların rəqs qrupudur. Azəri Kalqari Ulduzları Kalqaridə müxtəlif tədbir və
festivallarda aktiv iştirak etməklə Azərbaycan mədəniyyəti və musiqisini
Kanadada tanıdırlar.
Azəri Kalqari Ulduzları qrupunun
uzun seçimlərdən sonra ABŞ-ın Kaliforniya ştatında yerləşən Disneylənd əyləncə
mərkəzinə çıxış etməyə hüquq qazanması ansamblın böyük uğurudur. Ansamblın
çıxışı eyni zamanda Azərbaycan mədəniyyəti və musiqisinin hər gün minlərlə
insanın ziyarət etdiyi Disneylənd əyləncə mərkəzində ilk təmsili kimi yadda
qalıb. Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətindən "Kaspi”yə verilən
məlumata görə, Azəri Kalqari
Ulduzlarının çıxışı ziyarətçilər tərəfindən çox maraqla və alqışlarla qarşılanıb.