AZE | RUS | ENG |


Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək

Azərbaycanlı cazmen Parisdə konsert proqramı ilə çıxış edəcək
Noyabrın 17-də Paris Konqres Sarayında amerikalı caz pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın konserti təşkil olunacaq.

AZƏRTAC Paris Konqres Sarayının saytına istinadla xəbər verir ki, konsertin birinci hissəsində cazmen, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli solo proqramla çıxış edəcək.

Şahin Növrəsli Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini sintez edərək öz musiqisində Şərq və Qərb mədəniyyətlərini birləşdirir. O, Keni Viler, Uday Mazumdar, Alison Miler, Neytn Pek, Aleks Pek və digər tanınmış musiqiçilərlə birlikdə çıxış edib, albomlar yazdırıb.

Xatırladaq ki, bu il Şahin Növrəsli Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007