• şənbə, 27 Aprel, 00:24
  • Baku Bakı 14°C

Azərbaycanda işçilərinin sayı 250-dən çox olan vergi ödəyicilərinin uçot qaydası dəyişib

01.01.20 09:00 734
Azərbaycanda işçilərinin sayı 250-dən çox olan vergi ödəyicilərinin uçot qaydası dəyişib
Bu gündən Azərbaycanda təbii inhisar subyektləri, xüsusi vergi rejimli müəssisələr, eləcə də işçilərinin sayı 250-dən çox olan, balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5 milyon manatdan çox olan vergi ödəyiciləri mərkəzləşdirilmiş qaydada uçota alınacaq.
"Report” xəbər verir ki, bu məsələ bu gün qüvvəyə minən "Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.
Məlumata görə, həmin dəyişikliklər "Vergi Məcəlləsi”nin 33.7.1-ci maddəsinin iki yarımbəndində qeyd edilir.
Məhz həmin maddədə göstərilən vergi ödəyicilərinə eyniləşdirmə nömrələrinin verilməsi bu Məcəlləyə uyğun olaraq həyata keçirilir.
Xatırladaq ki, hazırda qüvvədə olan qaydalara görə, mərkəzləşdirilmiş qaydada uçota alınma iri vergi ödəyicilərinə və xüsusi vergi rejimli müəssisələrə aiddir.
banner

Oxşar Xəbərlər