• cümə, 26 Aprel, 14:27
  • Baku Bakı 23°C

Azərbaycan yük avtomobillərinin istehsalını ikiqat artırıb

20.12.16 10:50 843
Azərbaycan yük avtomobillərinin istehsalını ikiqat artırıb
2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycanda 685 yük avtomobili istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin analoji dövr göstəricisindən 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 1013 traktor (ötən ilin analoji dövrünə nisbətdə 7,7 faiz çox) və 270 minik avtomobili (62,8 faiz az) istehsal olunub.
Bununla yanaşı, xüsusi təyinatlı kommunal avtomobillərin istehsalı ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə artaraq 1437 ədəd təşkil edib.
banner

Oxşar Xəbərlər