• cümə, 26 Aprel, 13:19
  • Baku Bakı 23°C

Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib

24.11.17 12:25 2618
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
Azərbaycan Silahlı QüvvələrindəNATO-nun Müttəfiq Transformasiya Komandanlığı Qərargahının ekspert qrupu tərəfindən Bakı şəhərində "NATOgünləri” təşkil olunub.
MN-dənAPA-ya verilən məlumata görə,NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin qərargah rəisi polkovnik Aleksander Şvabın (Kanada) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Hərbi Dəniz Qüvvələri komandanlığını ziyarət edib.
Tədbir çərçivəsində Silahlı Qüvvələrin zabit və kursantları üçün "NATObu gün - strukturu və vəzifələri”, "Azərbaycan-NATOəməkdaşlığı”, "NATO-nun arzu etdiyi Strateji Təsir”, "NATO-nun mövcud Dəniz Qüvvələri”, "NATOVarşava Sammitindən sonra,NATO-nun Tərəfdaşlıq Siyasəti və Cənubi Qafqaz”, "Qlobal kiber-inkişaf vəNATO-nun cavabı” və digər mövzularda mühazirələr təqdim olunub.
banner

Oxşar Xəbərlər