• cümə, 26 Aprel, 13:37
  • Baku Bakı 23°C

Azərbaycan qazının Bolqarıstana tranziti layihəsi üzrə işlərin təkrar təşkili həyata keçirilir

30.04.20 13:00 608
Azərbaycan qazının Bolqarıstana tranziti layihəsi üzrə işlərin təkrar təşkili həyata keçirilir
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə işlərin təkrar təşkil olunması həyata keçirilir.
Bunu Trend-ə layihənin operatoru, ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
O bildirib ki, COVID-19 pandemiyası ilə bağlı vəziyyət layihənin iş cədvəlinə ümumi təsirini tam qiymətləndirməyə imkan vermir:
"Biz bu vəziyyəti diqqətlə izləyirik və komandamızın, tərəfdaşlarımızın komandalarının həyat və sağlamlıqlarının müdafiəsi üçün təxirəsalınmaz tədbirlər görmüşük. Bu, bizim üçün prioritetdir. Mövcud layihədə işləyən hər kəsin təhlükəsizliyinin təmin olunması üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Bolqarıstan Milli Operativ Qərargahının qayda və tövsiyələri icra olunub. Podratçılarımız layihə üzrə fəaliyyətin yenidən dəyərləndirilməsi və işlərin təkrar təşkil olunması üçün tədbirlər görüb ki, qəliz dövrə baxmayaraq IGB-nin reallaşdırılmasında irəliləyiş davam etsin”.
Onun sözlərinə görə, bütün dünyada çoxsaylı məhdudiyyətlərlə əlaqədar əlavə tapşırıqların icrasında böyük narahatlıq var:
"Bununla belə, ICGB pandemiyanın təsirini düzgün qiymətləndirmək və fəsadların yumşaldılması üçün zəruri tədbirlərin qəbul olunmasında maraqlı olan bütün tərəflərlə əməkdaşlıq edir”.
banner

Oxşar Xəbərlər