• cümə, 26 Aprel, 14:12
  • Baku Bakı 23°C

Azərbaycan fevralda avtomobil istehsalını artırıb

16.03.21 18:15 1176
Azərbaycan fevralda avtomobil istehsalını artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 216 minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni ayları ilə müqayisədə ölkədə minik avtomobillərinin istehsalı 2,2 dəfə azalıb. Təkcə fevral ayında 120 avtomobil buraxılıb ki, bu da yanvar ayı ilə müqayisədə 25% çoxdur. Martın 1-nə hazır məhsul ehtiyatı 169-a bərabərdir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədəd təşkil edib. Traktorlara gəldikdə, ölkədə 2020-ci ildə 300 traktor istehsal olunub ki, bu da illik müqayisədə 66,9% azdır.
Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılmışdı və yalnız avqustda bərpa olunaraq dekabrda qədər davam edib və yenidən fevralda bərpa olunub.
banner

Oxşar Xəbərlər